Suyun bitki orqanizmində hərəkəti
Suyun bitki orqanizmində hərəkəti — suyun bitkidə hərəkətinə təsir edən amillər.
Kökün cavan hissələrinin ən kənar təbəqələrindəki hüceyrələrə torpaqdan osmotik təzyiqlə su daxil olub apoplast ilə hərəkət edir. Torpaqda su bir neçə formada olur, lakin bitkilər onlarin hamsını mənimsəyə bilmir. Belə su formalarindan suxurların tərkibində olan su bitkilər tərəfindən alına bilmir, torpaq kolloidlərindəki hidratlaşma suyu daha çox möhkəm birləşdiyindən mənimsənilmir. Lakin torpaqdakı məsamələrdə olan və kapillyyar suyu adlandırılan su bitkilər tərəfindən asanliqla mənimsənilə bilir. Bunun üçün bitkilər, hər şeydən əvvəl, torpağın sorucu qüvvəsini aradan qaldırilmalıdır. Bu qüvvə, potensial şişmə, osmotik təzyiqlərin cəmindən ibarətdir. Torpaq quruduqca,onun sorucu qüvvəsi artır. Çox hallarda
π
{\displaystyle \pi }
5atm-dən az olduğu halda şoran torpaqlarda bəzən 30 atm-dən də böyük olur. Alçaq temperaturda suyun udulması və bitkilərdə hərəkəti çətinləşir.